...

İlk Azərbaycan kinoaktrisası İzzət Orucovanın xatirə gecəsi keçiriləcək

Cəmiyyət Materials 12 Sentyabr 2007 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Azərbaycan Dövlət Film Fondu yeni mövsümü sentyabrın 19-da Azərbaycanın ilk kinoaktrisası İzzət Orucovanın xatirə gecəsinə həsr olunmuş tədbirlə açacaq. Bu haqda "TrendLife"a Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev xəbər verib. Onu da qeyd edək ki, İzzət Orucova "Sevil" (1929), "Almaz" (1934) filmlərində çəkilib. Sonradan isə İzzət xanım kino sahəsindən gedib, kimya sahəsində böyük naliyyətlər qazanıb, kimya elmlər doktoru olub.

Xəbər lenti

Xəbər lenti