...

Dövlət Komitəsi qadın problemləri ilə məşğul olan strukturların fəaliyyətini əlaqələndirəcək

Cəmiyyət Materials 14 Sentyabr 2007 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət orqanlarında fəaliyyət göstərən gender problemlərinə dair bölmələrin fəaliyyətini əlaqələndirməyə çalışır. Bu barədə cümə günü Trend ə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Dövlət Komitəsi uşaqların problemləri ilə məşğul olan qurumlar arasında koordinasiya şurası yaradıb. İndi isə, qadınların problemləri üzrə məşğul olan orqanların fəaliyyətini əlaqələndirmək üçün koordinasiya şurası yaratmaq niyyətindədir: "Hazırda dövlət qurumlarında da gender problemləri üzrə məşğul olan sektorlar var. Biz yaxın zamanda hər iki sahə üzrə fəaliyyət göstərən bu strukturlarla birgə tədbirlər keçirəcəyik"-deyə Hüseynova məlumat verib.

Xəbər lenti

Xəbər lenti