...

Azərbaycanlılar Almaniyada keçirilən Milli Azlıqların Beynəlxalq Festivalında iştirak edib

Cəmiyyət Materials 19 Sentyabr 2007 01:20 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Mayns-Azərbaycan "Dostluq" cəmiyyəti Almaniyanın Mayns şəhərində keçirilən Milli Azlıqların Beynəlxalq Festivalında iştirak edib. Bu barədə çərşənbəaxşamı Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mayns şəhər Bələdiyyəsinin təşkil etdiyi festivalda bir sıra ölkələrin Almaniyadakı səfirlikləri, beynəlxalq qurumlar, İnsan hüquqlarını müdafiə təşkilatları, Mayns şəhərində fəaliyyət göstərən diaspor cəmiyyətlərinin nümayəndələri, Mayns şəhərinin Bələdiyyə Başçısı Yens Boytel, Türkiyənin Maynsdakı Baş konsulu iştirak ediblər.

Mayns şəhərinin "Domplatz" meydanında yerləşdirilmiş Azərbaycan stendininvə tanıtım çadırının açılışı, meydanın mərkəzində Azərbaycan bayrağının qaldırılması ilə başlanıb. Çadırda Azərbaycan mədəniyyətini, tarixini və bugünkü reallıqlarını əks etdirən kitablar, broşurlar, jurnallar və CD-lər, Azərbaycan haqqında hazırlanmış məlumat vərəqələri paylanıb. Həmçinin tədbir iştirakçılarına Azərbaycan milli mətbəxindən şirniyyatlar təqdim edilib.

Bu ilin mayında Mayns şəhər Bələdiyyə Başçısının rəhbərliyi ilə 9 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri və Azərbyacan prezidenti İlham Əliyevlə görüşlərini əks etdirən etdirən film, qəzet və jurnallar nümayiş olunub.

Tədbirdə ümumilikdə 34 dövlətin tanıtım stendivə 25 ölkənin folklor və rəqs qrupları iştirak ediblər. Mayns-Azərbaycan "Dostluq" cəmiyyətinin rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri tədbir iştirakçılarına təqdim olunub.

Tədbirin sonunda Mayns Bələdiyyəsinin mədəniyyət işləri üzrə nümayəndəsi xanım Heçt bildirib ki, 2008-ci  ildə də keçiriləcək Festivalda Azərbaycan icmasının iştirakı çox vacibdir.

Xəbər lenti

Xəbər lenti