...

Sərbəst güləş üzrə Rusiya yığması ümumi komanda hesabında irəli çıxıb

Cəmiyyət Materials 20 Sentyabr 2007 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Sərbəst güləş üzrə Rusiya yığması H,Əliyev adına İdman-Konsert Kompleksində keçirilən dünya çempionatının ümumi komanda hesabında irəli çıxıb.

Yarışın birinci günündə Besik Kuduxov ( 55 kq) və Mavlet Batırovun ( 60 kq) qazandığı iki qızıl medal sayəsində, Cambolat Tedeyevin yetirmələrinin hesabında 10 xal var.Bununla komanda cəmi bir xal ilə Monqolustanı və iki xal ilə Belarusu qabaqlayır.Bu ölkələr, müvafiq olaraq, yarış cədvəlinin ikinci və üçüncü yerlərini bölüşürlər.

Eyni zamanda, xalça sahiblərinin hesabında xal yoxdur. Komanda, hələ ki, mundialda medal qazanmayıb. Lakin hər şey yarışın ikinci günündə dəyişə bilər. Belə ki, bir neçə Azərbaycan pəhləvanı üçüncü yerə iddia edir.

Xəbər lenti

Xəbər lenti