Azərbaycan, Bakı, 21 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Bu il görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 90 yaşı tamam olur. Bu tarix Azərbaycanda geniş şəkildə qeyd ediləcək. Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabovun "TrendLife"a verdiyi məlumata görə, İttifaq bəstəkarın ad gününə həsr olunmuş elmi-praktiki konfrans təşkil edəcək. Yubiley tədbiri isə noyabrın 7-də Opera və Balet Teatrında keçiriləcək. Onu da qeyd edək ki, Musiqi Mədəniyyət Muzeyində həmin gün Tofiq Quliyevə həsr olunmuş sərgi açılacaq.