...

Azərbaycanın cüdo üzrə yığma komandası Rotterdamda keçiriləcək Dünya kubokunda iştirak edəcək

Cəmiyyət Materials 25 Sentyabr 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın cüdo üzrə yığma komandası sentyabrın 28-də Rotterdamda keçiriləcək dünya superkubok yarışında iştirak edəcək.

Komandanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, komandanın tərkibinə üçqat Avropa çempionu Elçin İsmaylov və Ümumdünya Universiadasının qalibi Ramil Qasımov ( 66 kq), Mehman Əzizov və Elxan Rəcəbli ( 81 kq), Elxan Məmmədov ( 90 kq), Mövlud Mirəliyev ( 100 kq), Kifayət Qasımova ( 57 kq) və Ramilə Yusupova ( 63 kq) daxildirlər. Yarış zamanı idmançılar Pekin Olimpiadasına düşmək şanslarını artırmaq üçün lizenziya xalları yığacaqlar.

Yalnız Elnur Məmmədli ( 73 kq) Braziliyada keçirilən dünya çempionatında ikinci yeri tutmaqla, 2008- Oyunlarına vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti