...

Azərbaycan taekvandoçuları Mançesterdə keçirilən lisenziya xarakterli turnirə yollanıblar

Cəmiyyət Materials 25 Sentyabr 2007 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın taekvando üzrə yığma komandası sentyabrın 28-də Mançesterdə keçiriləcək dünya miqyaslı lisenziya yarışına yollanıb.

Komandanın heyətinə Afina Olimpiadasının iştirakçısı Rəşad Əhmədov ( 80 kq) , dünya çempionatı-2007-nin bürünc medalçısı Təvəkkül Bayramov (+ 80 kq) , dəfələrlə Avropa birinciliyinin medalçısı Şahrun Yusifova ( 49 kq), həmçinin,Aəzərbaycan çempionu Səbinə Mikayılova ( 57 kq) daxildirlər.

Yarışın reqlamentinə əsasən, 2008-Oyunlarına vəsiqəni, ilk üç yeri tutan idmançılar qazanacaq. Yarışda, həmçinin, Azərbaycanı təmsil edəcək hakim Ox Kvanq Çou da iştirak edəcək.

Artıq məlumdur ki, yarışda 100-dən çox ölkənin 350 atleti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti