...

Xalq artisti Yaşar Nuri: "Bu adlara görə hökümətdən təqaüd alırıq"

Cəmiyyət Materials 26 Sentyabr 2007 20:38 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 sentyabr /müx. TrendLife Səbinə Haşımova/

"Əməkdar artist", "Xalq artisti" kimi adlar o qədər verilir ki, onların qiyməti insanların gözündən düşür. öz münasibətini Yaşar Nuri TrendLife-a belə bildirdi: "Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə bunlar müzakirə olundu. Qərara gəlindi ki, maaşlar yuksək səviyyədə olsa, onda bu adlardan imtina etmək olar. Bu adlara görə biz dövlət tərəfindən təqaüd alırıq. Adlar o zaman götürülməlidir ki, maaşlar yüksək olsun, bizi qane etsin. Əlbəttə ki, mənim də maaşım yüksək olandan sonra adların qayıtmasına razılıq verə bilərəm. İndi isə, yox,Çünki indiyə qədər 31 filmə çəkilmişəm, 29 televiziya tamaşasına və eyni zamanda, cizgi filmlərinə. Fəxri adlar da bunların sayəsində əməyimə verilən qiymətdir"

Aktoyr son vaxtlar müğənnilərin filmə çəkilməsinə münasibətini də bildirdi: " Əvvəla, mən özüm deyirəm ki, heç bir müğənni məni arxada qoya bilməz,Çünki mən yetərincə çəkilmişəm. Qaldı ki, müğənnilərin filmə çəkilmələrinə bu, xaricdən gələn bir dəbdir. Belə filmlərə mən də çəkilmişəm, hansı ki, bu filmdə müğənni də rol alıb. Məsələn, Nisə Qasımovanın, Rüfət Axundovun və bəzilərinin çəkildikləri filmdə mən də rol almışam."    

Xəbər lenti

Xəbər lenti