...

12 qadını zorladıqları üçün ictimaiyyət önündə edam edildilər

Cəmiyyət Materials 28 Sentyabr 2007 07:59 (UTC +04:00)

İran mediyasının verdiyi məlumata görə, İran ictimaiyyət önündə 3 kişini 12 cavan qadını (onların əksəriyyəti universitet tələbələri idilər) zorladıqlarına və qarət etdiklərinə görə edam edildilər.

İran dövlət radiosunun internet saytında verdiyi xəbərə görə Hadi Jafartabar, Mirhadi Mirtaği və Seyyid Shoja Musazadə minlərlə insanların gözü önündə, ölkənin şimal hissəsində yerləşən Babol şəhərindəki idman kompleksində edam edildilər.

Fars X xəbər verir ki, Babolda edamın canlı müşahidəcilərindən Fəzlullah Vəkilirad deyir ki, onlar öz pozğun hərəkətlərinə 3 il əvvəl başladılar.

O sonra əlavə etmişdir ki, onlar qızları aldadır, sonra onları zorlayıb daha sonra isə onları qarət edirdilər.

Fars Xəbər Agentliyi xəbər verir ki, onlar yalnız o zaman tutuldular ki, bir qızı zorlayarkən qız onlara bunu etməməyin müqabilində böyük məbləğdə pul təklif etdi və sonra polisə qaçdı.

Yerli əhali deyir ki, İranda məlum olmayan zorlanma hadisələri əslində cox olmuşdur, lakin ictimaiyyətdə rüsvay olmamaq üçün polisə müraciət olunmamışdır.

Xəbər lenti

Xəbər lenti