...

Azərbaycan cüdoçuları Rotterdamdakı "Feyenoord" bazasında mübarizə aparırlar

Cəmiyyət Materials 2 Oktyabr 2007 12:21 (UTC +04:00)

Hollandiya, Rotterdam / Trend müxbir Z.Səfərov/ Azərbaycanın cüdo üzrə komandası Rotterdamda təlim-məşq toplanışına start verib. Burada keçirilən dünya Superkubokunda idmançılarımız üç bürünc medal qazanıb.

Trend in verdiyi məlumata görə, atletlər birinci məşqlərini "Erasmus" Universitetinin idman bazasında keçiriblər. Lakin bu gündən komanda hazırlığını yarışın keçirildiyi "Feyenoord" klubunun bazasında davam etdirəcək. Bununla yanaşı, bu toplanışlarda Hollandiya, Finlandiya, İsrail, Türkiyə, Bolqarıstan, Rusiya, İsveç, İsveçrə, Avstraliya və dünyanın digər ölkələrindən olan idmançılar iştirak edir.

Toplanış zamanı atletlər hər gün öz güclərini xarici rəqiblərlə mübarizədə yoxlamaq üçün on-on beş döyüş keçirir. Bu yoldaşlıq döyüşləri zamanı idmançılar ustalıqlarını artırır və təcrübə yığırlar.

Xəbər lenti

Xəbər lenti