...

Qazaxda qanunsuz tikililərin sökülməsinə başlanılıb

Cəmiyyət Materials 2 Oktyabr 2007 14:58 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fətullayeva/ Qazax rayonunun mərkəzində yerləşən qanunsuz tikililərin sökülməsinə başlanılıb, çərşənbə axşamı rayonun Mənzil İstismar Sahəsinin rəisi Oqtay Hüseynov bildirib. Onun sözlərinə görə, Heydər Əliyev prospektində yerləşən bu cür tikililər yaxınlıqdakı binaların sakinləri tərəfindən tikilib.

"Sakinləri tikililərin sökülməsi ilə bağlı xəbərdarlıq etmişik" Hüseynov deyib.

Qanunsuz tikililərin yerində Sosial Müdafiə Fondunun binası inşa olunacaq.

Qazax paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti