...

ABŞ Səfiri: "Elmar Hüseynovun qətli Azərbaycan mətbuatına kölgə salmaqda davam edir" (video)

Cəmiyyət Materials 2 Oktyabr 2007 20:28 (UTC +04:00)
ABŞ Səfiri: "Elmar Hüseynovun qətli Azərbaycan mətbuatına kölgə salmaqda davam edir" (video)

Azərbaycan, Bakı / Trend , müxbir K. Ramazanova/ Elmar Hüseynovun qətli Azərbaycan mətbuatına kölgə salmaqda davam edir. Bu qətl tezliklə açılmalı və cinayətkarlar tutulmalıdır. Bu barəədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi ABŞ Dövlət Departamentinin Elmar Hüseynov adına qrant mükafatını elan edərkən deyib. "Demokratik hökumət ,öz növbəsində, elə şərait yaratmalıdır ki, jurnalistlər həbs edilmək qorxusu olmadan azad fəaliyyət göstərə bilsinlər" - deyə səfir bildirib. O, həmçinin qeyd edib ki, qrant mükafatını təsis etməklə, ABŞ Dövlət Departamenti Elmar Hüseynovun peşəkarlığına ehtiramını bildirir və onu mətbuat azadlığının rəmzi hesab edir. Elmar Hüseynovun hüquqlarını müdafiə komitəsinin sədri Şahbaz Xuduoğlu qeyd edib ki, ABŞ dövlətinin bu mükafatı təsis etməsi, söz və mətbuat azadlığının təminatçısı olduğunu bir daha sübut edir.

Qrant iki istiqamətdə fəaliyyət göstərəcək. Kiçik qrantların verilməsi nəzərdə tutulur, birinci istiqamət televiziya jurnalistikası, ikinci istiqamət qəzet jurnalistikası il bağlıdır. 18 layihə arasıqndan seçiləcək ən yaxşı layihə bu mükafata layiq görüləcək və o, mükafatla bağlı İnternet saytında yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti