...

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev məhkəmədə son sözlə çıxış edib

Cəmiyyət Materials 4 Oktyabr 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E. Cavadova/ Cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin cinayət işi üzrə məhkəmə iclası F.Əliyevin çıxışı ilə davam etdirilib.

F.Əliyev çıxışında qeyd edib ki, iqtisadi inkişaf naziri işlədiyi dövrdə külli miqdarda vəsaitin Vergilər Nazirliyi və Gömrük Komitəsi tərəfindən dövlət büdcəsindən müxtəlif bəhanələrla yayındırılması barədə müvafiq şəxslərə rəsmi məlumat verib, bu da onunla nəticələnib ki, həmin məmurlar onu fiziki baxımdan ortadan götürmək barədə qərar qəbul ediblər. Keçmiş nazirin sözlərinə görə, dövlət çevrilişinə cəhd ittihamları süquta uğradığına görə, məcburiyyət qarşısında qalaraq ona çox epizodlu vəzifə cinayətləri ilə bağlı ittihamlar irəli sürüblər. Hazırda sabiq iqtisadi inkişaf naziri həbsi və həmin ittihamlar ətrafında çıxış edir. Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti