...

Azərbaycanın iqtisadi inkişaf nazirinin jurnalistə qarşı iddiasına baxılır

Cəmiyyət Materials 5 Oktyabr 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend K.Zərbalıyeva/ Bakının Yasamal rayon məhkəməsində iqtisadi inkişaf naziri Heydər Babayevin "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə proses başlayıb.

Nazir Heydər Babayev baş redaktoru təhqir və böhtan cinayətlərində suçlayaraq onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Naziri "Azadlıq" qəzetində Türkiyədə özünə toy edən ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayzanın toy xərcini Babayevin ödəməsi barədə dərc olunmuş məqalə qəzəbləndirib.

Trend in müxbirinin məhkəmədən vediyi məlumata görə, hazırda binanın qarşısına dörd maşın post-patrul xidmətinin əməkdaşları yığılıb. Siyasi partiya nümayəndələri, qəzet redaktorları da məhkəmə binasının önündə toplaşıblar. Onlar Zahidin məhkəmə zalında həbs olunacağını iddia edirlər.

Xəbər lenti

Xəbər lenti