...

Möminlər ibadət etdiyi gecə şou-əhli kef məclisi qurdu

Cəmiyyət Materials 9 Oktyabr 2007 19:16 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Dünən mübarək Ramazan ayının "Qədr gecəsi" idi. Möminlərin sübhədək ibadət etdiyi gecədə, yerli şou-dünyasının sakinlərinin böyük əksəriyyəti, bunun əksinə olaraq, deyib -gülüb əyləndilər və müqəddəs "Qədr Gecəsi"ni "Kef gecəsi"-nə döndərdilər. Səhərəgək davam edən şou-gecəsinə bütün ulduzlar cəm olmuşdu. Tədbirin əsas qəhrəmanı isə, şou-dünyasında tanınan konsert təşkilatçısı Naina idi. Doğum gününü bahəna edən bu xanım, paytaxtda nə qədər populyar sima varsa, hamısını dəbdəbəli gecə klublarının birində toplamışdı. Bu xanım, nədənsə, neçə yaşını qeyd etdiyini kimsə ilə bölüşmədi. Tele-aparıcılıar Nəsib Nurla, İlkin Həsəninin aparıcısı olduğu kef məclisi, sanki ulduz yağışına tuş gəldi. Orada nələrin baş verdiyindən, eksklüziv olaraq, yalnız TrendLife-ın təqdim edəcəyi digər xəbərləri oxuduqdan sonra agah olacaqsız. Photo.trend.az-da görəcəyiniz şəkillər baxıb, mat-məəttəl olmayın. Bu, bizim Bakı gecələrini bəzəyən tanınmış şou-dünyası sakinlərinin, sadəcə ,birgünlük yaşadıqlarının çox az görəcəyiniz tərəfləri olacaq.

Xəbər lenti

Xəbər lenti