...

Bakıda İtaliya musiqisi gecəsi keçiriləcək

Cəmiyyət Materials 10 Oktyabr 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bu gün Bakıda İtaliya musiqisi gecəsi keçiriləcək. Bu haqda "TrendLife"a konsertin keçiriləcəyi yerdən, yəni Filarmoniyadan xəbər verilib. Tamaşaçılar 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində italiyalı bəstəkarların yazdıqları əsərləri dinləyəcəklər. Həmin əsərləri Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestri ifa edəcək. Konsertin dirijoru Fəxrəddin Kərimov, solisti Liliana Seyidovadır. Onu da qeyd edək ki, bu yaxınlarda Filarmoniyada Azərbaycan və İtaliya beynəlxalq münasibətlərinin 15 illiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti