Azərbaycan, Bakı, 10 oktyabr/müx. "TrendLife" Şahin Cavadsoy/
Özünü müğənnidən daha çox pedaqoq kimi qələmə verən Teymur Əmrahın mənzil probleminin həll olunmasından çoxlarınız xəbərdarsız. İki ay öncə adını açıqlamaq istəməyən şəxs tərəfindən müğənniyə mənzil hədiyyə edilmişdi. Əmrahın yavaş-yavaş öz evinə köçdüyü bildirilir. Yaddaşları təzələyək ki, mənzil problemi həll olunan müğənni, ardınca "BMW X5" markalı avtomobillə də mükafatlandırılmışdı. Əmrahın sürücülük imkanları qənaətbəxş olmadığı üçün o, bir vaxtlar kurslara da yazılmışdı. Amma deyəsən, kursa getmək pedaqoq müğənniyə düşməyib. O, maşınını satmağa qərar verib. Düzdür, avtomobilini maşın bazarında görənlər olsa da, müğənni deyəsən susmağa çalışır. "TrendLife" olaraq gün boyu Teymur müəllimlə əlaqə saxlamağa çalışsaq da, ondan bu xəbərin nə təsdiqini, nə də inkarını dəqiqləşdirə bilmədik. Çünki o, mobil telefonuna cavab vermədi. Deməli, "torbada pişik var". Yəqin Teymur Əmrah pişiyin quyruğunu hamıya göstərər... Sözün yaxşı mənasında.