...

Qeyri-sabit hava şəraiti Qazaxda fövqəladə vəziyyət yaradıb

Cəmiyyət Materials 16 Oktyabr 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fəttulayeva/ Qeyri-sabit hava şəraiti paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşən Qazax rayonunda fövqəladə vəziyyət yaradıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Qazax rayon Mülki Müdafiə Qərargahının rəisi Azad Hümbətov çərşənbə axşamı Trend in bölgə müxbirinə bildirib ki, 10-15 dəqiqə davam edən güclü külək iri ağacları, elektrik dirəklərini yerindən çıxarıb, eləcə də bir neçə evlərin dam örtüklərini dağıdıb. Güclü külək rayonun əsasən Xanlıqlar və Ağkönək kəndlərində müşahidə olunub.

Hümbətov əlavə edib ki, güclü külək nəticəsində dünən axşamdan etibarən Qazax rayonuna və bir neçə kəndə elektrik enerjisinin verilməsi müvəqqəti dayanıb. Bu gün səhər saatlarından rayon ərazisinə elektrik enerjisinin verilməsi qismən barpa olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları güclü küləyin nəticələrini aradan qaldırmağa çalışırlar. Rayona dəymiş ziyan isə dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti