...

Ali Məhkəmə icraatı dayandırılmış cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsini aparıb

Cəmiyyət Materials 17 Oktyabr 2007 17:45 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Ali Məhkəmənin Plenumu icraatı dayandırılmış cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsini aparıb. Ali Məhkəmədən çərşənbə günü Trend ə bildirilib ki, oktyabrın 19-da keçiriləcək Plenumun iclasında bu sahədə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin müzakirəsi aparılacaq.

Plenumda məhkəmələr tərəfindən qısa müddətə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi haqqında Ali Məhkəmənin Plenumunun qərarlarından doqquzunun qüvvədən düşməsi məsələsi də müzakirəyə çıxarılacaq.

Bununla bağlı Ali Məhkəmənin Plenumunun ilk qərarı 31 iyul 1963-cü ildə, son qərarı isə, 25 dekabr 1998-ci ildə qəbul olunub.

Məhkəmələr tərəfindən qısa müddətə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi haqqında Ali Məhkəmənin Plenumunun ilk qərarı, 4 noyabr 1963-cü il, 29 dekabr 1976-cı il, 22 aprel 1977-ci il, 28 sentyabr 1979-cu il, 10 aprel 1980-ci il, 5 iyul 1984-cü il, 30 iyul 1985-ci il, 25 dekabr 1998-ci il tarixli qərarları, qanunvericiliyə zidd olduğundan, ləğv olunacaq.

Plenumun iclasında konkret cinayət və mülki işlərə də baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti