...

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün imtahanlar keçiriləcək

Cəmiyyət Materials 18 Oktyabr 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Dövlət orqanlarındakı 323 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün 1853 namizədlə oktyabrın 20-də test imtahanları keçiriləcək.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından cümə axşamı Trend ə bildirilib ki, imtahanlar Azərbaycan Texniki Universitetində və Memarlıq və İnşaat Universitetində keçiriləcək.

25 dövlət orqanındakı vakant vəzifələrin tutulması üçün keçirilən test imtahanlarında iştirak edəcək namizədlər "İmtahana buraxılış vəsiqəsini", "Namizədin vəsiqəsini" və "Namizədin yaddaş kitabçasını" oktyabrın 19-dək Dövlət Komissiyasından ala bilərlər.

Namizədlərin 710-u Bakı, 108-i Sumqayıt, 22-si Naxçıvan, 19-u Gəncə şəhərlərindəndir. Müxtəlif bölgələrdən sənəd verənlərin sayı isə 994 nəfər təşkil edir.

Namizədlərin əksəriyyəti Dövlət Miqrasiya Xidmətində, İqtisadi İnkişaf, Gənclər və İdman, Ekalogiya və təbii Sərvətlər nazirliklərində işləmək arzusundadırlar. Test imtahanında namizədlərə 100 sual təqdim olunacaq.

Hər sual bir balla qiymətləndirilir və 3 saat davam edən imtahanın nəticəsində ümumi balı 80 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar. İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti