...

Azərbaycanda yeni Intellektual Forum fəaliyyətə başlayır

Cəmiyyət Materials 18 Oktyabr 2007 15:28 (UTC +04:00)
Azərbaycanda yeni Intellektual Forum fəaliyyətə başlayır

Azərbaycan, Bakı/ Trend / Azərbaycanda cəmiyyətin və Azərbaycanın taleyinə biganə qalmayan gənc və məşhur politoloqlar, mədəniyyət xadimləri, jurnalistlər. iqtisadçılar və istedadlı gənclərin vahid müzakirə platformasının yaradılmasına yönələn yeni Intellektual Forum fəaliyyətə başlayır.

1news.az xəbər verir ki, Prezident Aparatı rəhbərinin köməkçisi, siyasi elmlər namizədi Elnur Aslanovun sözlərinə görə, Intellectuals.az layihəsi Internetdə noyabrın birindən etibarən fəaliyyət göstərəcək.

"Bu layihəni başlamaqla, biz Azərbaycana və xaricdə olanlara ölkənin əsl potensialını göstərməyə, həmçinin? Azərbaycanın milli inkişaf strategiyasının formalaşdırılması üçün cəmiyyətə təsiri gücləndirməyə çalışırıq",-deyə Aslanov söyləyib.

Intellectuals.az forumunda dövlətin iqtisadi inkişaf səviyyəsi, ölkənin milli inkişaf strategiyası barədə müzakirələr, respublikada vətəndaş cəmiyyətinin yaradılmasındakı çətinliklər barədə müzakirələrə imkan yaradılacaq.

Bu, Azərbaycan cəmiyyəti üçün aktual olan müzakirələri? informasiya-kommunikasiya texnologiyalarından fəal istifadə etməklə? yeni səviyyə, yeni məkana keçirmək cəhdidir.

Bu təşəbbüs, Trend , 1news.az, "Novosti-Azerbaydjan" Informasiya Agentlikləri və "Yeni İnkişaf" Nəşr Evinin təsis etdiyi Milli Ekspert Şurası tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti