...

Azərbaycanın "xarı bülbülü" Qədir Rüstəmov: "Mən sənətimin dəlisiyəm"

Cəmiyyət Materials 24 Oktyabr 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Səhhətindəki problemlərlə əlaqədar səntindən aralı düşən - Qarabağın xarı bülbülü, qızıl səsli Qədir Rüstəmov yenidən öz yaradıcılığını davam etdirmək qərarına gəlib. Bunu xanəndə şəxsən TrendLife-ın müxbirinə verdiyi açıqlamasında söylədi: "Doğrudan da çox darıxmışdım oxumaqdan ötrü. Vallah, hərdən elə bilirdim ki, əstəğfurullah, Allah da məni yadından çıxarıb. Boya-başa çatdığım Qarabağ torpağının işğal altında olması da məni ruhdan salır. Görürdüm ki, bu cür pis fikirlər, məni yorğan-döşəyə salacaq. Ruhum da rahatsız idi. Sağ olsun əzizlərim. Göydə Allah, yerdə onların köməkliyi ilə, səhhətimdəki nasazlıq aradan götürüldü. Bir az nitqimdə problemlər qalıb. Həkimim deyir ki, bunda da qorxulu heç nə yoxdur".

"Sona bülbüllər" xalq mahnısını, sənətdəki vizit kartı kimi qiymətləndirən sənətkar, ona "dəli ruhlu" deyənlərə qeyri-adi tərzdə cavab verməyi də ununtmadı: "Bəli, kim deyir ki, sənətimin dəlisiyəm, düz deyir. Çünki, sözün yaxşı mənasında, dəli olmalısan ki, bu qədər təsnifləri, muğamları və xalq mahnılarını sinədəftər kimi əzbər bilmək xanəndəyə çətinlik törətməsin. Yazın, qoy hamı oxusun ki Qədir Rüstəmov bir xanəndə kimi öz sənətinin dəlisidir".

Xəbər lenti

Xəbər lenti