...

Bəstəkar Vasif Adıgözəlovun Oratoriyasını operanın tanınmış müğənniləri ifa edəcəklər

Cəmiyyət Materials 25 Oktyabr 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Noyabrın 16-da Azərbaycan Dövlət Filarmoniyasında böyük konsert təşkil olunacaq. Tədbirdə Vasif Adıgözəlovun " Çanaqqala 1915" Oratoriyası ifa olunacaq. Bu haqda TrendLife-a Yalçın Adıgözəlzadə xəbər verib. KonsertdəYalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək. Tədbirdə solistlər türk opera müğənnisi Şenol Alını, messo-soprano Fidan Hacıyeva, bas Əlikram Poladov , soprano isə, ya türk ifaçısı, ya da Zemfira İsmayılova olacaq.

Xəbər lenti

Xəbər lenti