...

Müğənni Kərim: "Tolik hər sözünə görə cavab verəcək"

Cəmiyyət Materials 27 Oktyabr 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/müxbir TrendLife Şahin Cavadsoy

Müğənni Rəqsanənin bacısı Ellada İsmayılovanın hələ də həbsdə olması şou-dünyasında müzakirə olunan mövzulara liderlik edir. Həbsdə olan Ellada bir kənarda qalsa da, bacısı Rəqsanə əsas hədəf kimi müzakirə obyektində qalmaqda davam edir. Rəqsanənin indiki prodüseri Mister Tolik təxəllüsü ilə tanınmağı qarşısına məqsəd qoyan Tarık, ondan əvvəl müğənniyə köməklik göstərmiş Təranə Səmədova ilə hələ də haqq-hesabını çürütməkdən əl çəkmir. Daha doğrusu, onun həyat yoldaşı Kərimin bu gün də mavi olduğunu sübuta yetirməyə çalışır. Kərim, Təranənin mətbuat konfransında dediyi fikirləri həyata keçirdiyini söyləyib, məhkəmə qapısını döydüyünü dilə gətidi: " Onsuz da bu məsələ Trendlife- da geniş müzakirə olunur. Qoy barəmdə dediyi açıqlamaları məhkəmədə sübuta yetirsin. Tolikin indi də ünvanıma dediyi bəzi sözlər qəti şəkildə məni rahatsız etmir və heç bir həqiqəti özündə əks etdirmir. Hamı bilir ki, barəmdə söylədiyi bütün sözlər quru böhtandır və dediyim kimi, onun işi-gücü məni şərləməkdən ibarətdir. Məni ancaq efirlərdən tanıyanlar da bilirlər ki, kişiyəm. Əsla can atmıram ki, bunu kimlərəsə sübut da edim. Bircə ondan əminəm ki, məhkəmə doğru qərar verəcək".

Xəbər lenti

Xəbər lenti