...

Qafqaz müsəlmanlarının lideri: " MDB-dən olan həmkarlarla görüş həmişə faydalıdır"

Cəmiyyət Materials 29 Oktyabr 2007 17:01 (UTC +04:00)
Qafqaz müsəlmanlarının lideri: " MDB-dən olan həmkarlarla görüş həmişə faydalıdır"

Qazaxıstan, Astana/ Trend , müxbir K.Konırova/ Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Astanada MDB ölkələrinin dini xadimləri ilə görüş keçirib. "Mövcud problemlərin və onların həlli yollarının müzakirə olunduğu görüşlər həmişə faydalıdırlar",-deyə Paşazadə bazar ertəsi Qazaxıstamn paytaxtında Trend ə bildirib.

Şeyx bildirib ki, Astanaya Qazaxıstan müsəlmanlarının rəhbəri Absattar Derbi Salinin 60 illik yübileyi münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün gəlib. "Mənim hörmət bəslədiyim bu şəxs, nəinki öz ölkəsində, həmçinin, MDB ölkələrində görkəmli dini xadimdir",-deyə o söyləyib.

QMİ sədri hesab edir ki, Qazaxıstanda bu gün böyük və müsbət dəyişikliklər var ki, bu da prezident Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsindədir.

İslamın Qafqazda bügünkü rolu barədə danışan Paşazadə söyləyib ki, bu, hər şeydən öncə, mənəviyyat, mənəvi dəyərlərin və istiqamətlərin yenidən canlanmasıdır. "Həqiqi din, istər islam olsun,istər xristianlıq, heç bir təhlükə kəsb etmir"- Paşazadə söhbətinə yekun vurub.

Xəbər lenti

Xəbər lenti