...

müğənni Qismət "8-104"də göründü

Cəmiyyət Materials 29 Oktyabr 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Bu gün "Space"dəki "8-104" verilişinə daxil olan tamaşaçı istəklərində müğənni Sevda Ələkbərzadənin qonaq çağırılması arzulanırdı. Aparıcı Nəsib Nurun Sevda Ələkbərzadə ilə canlı telefon bağlantısından sonra məlum oldu ki, tamaşaçıların xahişi reallaşacaq. Verilişin bu gün ki qonağı isə müğənni Qismət idi. Aparıcı ilə söhbətdə yaradıcılığından danışan müğənni bu yaxınlarda təzə mahnı yazdırdığını bildirdi. Kaset yazdırmaqdan bezən müğənni bunun obyektiv və subyektiv səbəbləri olduğunu söylədi. Gələn SMS-lərdə isə Qismətin haralarda olduğu soruşulurdu. Müğənni "mən elə buralardaydım, yəni evdə, işdə oluram. Hansı kanal dəvət edirsə, həmin kanalda da çıxış edirəm"-deyə cavab verdi. Tamaşaçılara məlum oldu ki, Rusiyadan qayıdan müğənni indi də Türkiyəyə getməyə hazırlaşır. Konsert vermək istəyən müğənni sponsorun olmadığını söylədi. Beləliklə də verlişin növbəti buraxılışı başa çatdı.

Xəbər lenti

Xəbər lenti