...

Röya ailə quracaq?

Cəmiyyət Materials 31 Oktyabr 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /müx. TrendLife Günel Əhmədova/

Şəhərdə daha bir estrada ulduzunun ailə quracağı barədə xəbərlər dolaşmaqdadır. Mövzunun qəhrəmanı bu dəfə Röyadır. Onun tezliklə ailə həyatı quracağı söylənilir. Anar adlı birisi ilə sözlü olduğu söylənilən Röyanın fikrinin qəti olduğu deyilir. Toy mərasiminin qarşıdakı aylarda gözlənildiyi və müğənninin tədarüklərə başladığını eşidib, xəbərin doğruluğunu öyrənməyə çalışdıq. Müğənninin mətbuat katibi Ülviyyə Alovlu Röyanın mövqeyini qısa cümlələrlə diqqətimizə çatdırdı. Xəbəri nə təsdiq, nə təkzib edən mətbuat əlaqələndiricisi məsələyə bu cür aydınlıq gətirdi: "Röya istəyir ki, dinləyiciləri onun sevdiyi şəxslə xoşbəxt olduğunu bilsinlər.Bu, həqiqətən də belədir. Lakin o, mediyanın,müğənninin şəxsi həyatı ilə bağlı ona sual verməmələrini xahiş edib. Son aylar şəxsi həyatının diqqət mərkəzində olduğunu nəzərə alan müğənni bu cür addım atıb". Mətbuat katibinin açıqlamasından belə qənaətə gəlmək olar ki, sevdiyi şəxslə xoşbəxt olduğunu təsdiqləyən müğənni ailə həyatı qurub-qurmayacağı barədə düşünmək qənaətindədir. Onu da öyrəndik ki, hazırda müğənninin yaradıcılığının ilkin mərhələsini iki süjetli klip təşkil edir. Mətbuat katibi Röyanın, "Evlisən" adlı ekran işinin çəkiliş prosesini artıq geridə qoyduğunu söylədi.Alovlunun əlavəsinə görə, sözügedən mahnının musiqisi və sözləri müğənni Lalə Məmmədovaya məxsusdur. Fərrux Zərbəliyev və Samir Fərzəlibəyovun birgə ekran işi artıq tamamlanmaq üzrədir. verən mətbuat katibi ikinci klip haqqında dedi ki, Nailə Mirməmmədliyə məxsus "Bağışla" mahnısına çəkiləcək klipə rejissorluğu Ülviyyə Könül edəcək.

Xəbər lenti

Xəbər lenti