...

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi: "Amerika konservatoriyası ilə tam əməkdaşlıq etmək barədə danışmaq hələ tezdir"

Cəmiyyət Materials 1 Noyabr 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/ Son vaxtlar belə bir söhbət gəzir ki, Azərbaycan Milli Konservatoriyası Amerika konservatoriyası ilə əməkdaşlıq edəcək. Bu məsələyə aydınlıq gətirən konservatoriyanın rektoru Siyavuş Kərimi TrendLife-a bunları söylədi: "Mən bu yaxınlarda ABŞ Federal Departamentinin xüsusi proqramının dəvəti ilə ABŞ-da oldum. Biz orada Amerika musiqisini öyrənirdik. Bu sırada kantrinin, hip-hopun, cazın adını çəkə bilərəm. Həmçinin ABŞ universitetlərində görüşlərimiz oldu. Sietl konservatoriyasının rektoru ilə görüşümüz zamanı onlarla əməkdaşlıq etməyi təklif etdik. Sadəcə, bunu həyata keçirmək üçün ciddi işləmək lazımdır. Müəyyən razılığa gəlmək barədə danışmaq isə hələ çox tezdir".

Xəbər lenti

Xəbər lenti