...

Türkiyənin İqdır bələdiyyəsi Xocalı soyqırımının ildönümünü Berlində qeyd edəcək

Cəmiyyət Materials 3 Noyabr 2007 14:15 (UTC +04:00)
Türkiyənin İqdır bələdiyyəsi Xocalı soyqırımının ildönümünü Berlində qeyd edəcək

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İqdır şəhər bələdiyyəsinin təşkilatçılığı ilə gələn ilin fevralında Almaniyanın Berlin şəhərində Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı konfrans keçiriləcək. Bu barədə Türkiyənin İqdır şəhər bələdiyyəsinin başçısı Nurəddin Aras "Trendə" məlumat verib.

O bildirib ki, Almaniyada yaşayan azərbaycanlıların böyük hissəsi iqdırlılardır və onların gücündən diasporun inkişafında istifadə etmək lazımdır. Aras əlavə edib ki, ermənilər 1915-ci ildə baş vermiş hadisələrin öz maraqlarına uyğun təbliğində erməni diasporunun fəaliyyətindən geniş istifadə edirlər. Lakin azərbaycanlılar dünyadakı Azərbaycan diasporunun imkanlarından yararlanaraq 1992-ci ildə baş vermiş Xocalı soyqırımını lazımi səviyyədə dünyaya çatdıra bilmirlər.

Bələdiyyə başçısı bildirib ki, İqdırın hazırkı əhalisinin sayı qədər də xaricdə, xüsusilə Almaniyada və Hollandiyada iqdırlılar yaşayır, bu isə diasporu təşkilatlandırmaq baxımından çox önəmli imkandır. Aras hesab edir ki, Almaniyda yaşayan 2,5 milyon türkün də imkanlarından istifadə etmək mümkündür.

Ötən il Hollandiyanın Lahey şəhərində Xocalı soyqırımı ilə bağlı konfrans keçirildiyini xatırladan Aras məlumat verib ki, növbəti dəfə belə bir konfransın Berlində keçirilməsi planlaşdırılır.

"Bunula əlaqədar müşavirimi yaxın günlərdə Berlinə göndərəcəm və hazırlıq işlərinə başlanılacaq. Konfransın işinə almanları da cəlb edəcəyəik" - deyə bələdyiyə başqanı bildirib.

Arasın sözlərinə görə, bu kimi tədbirlərin təşkilinə xaricdəki erməni lobbisi mane olmağa çalışır. Keçən il bir-iki Hollandiyada keçirilən tədbirin ölkə mediasında işıqlandırılmasına erməni lobbisi əngəllər törədib.

Xocalı soyqırımının ildönümü ilə bağlı Berlində keçiriləcək tədbirin təşkilatçısı İqdır bələdiyyəsidir, maliyyə dəstəyini isə Azərbaycanda fəaliyyət göstərən iqdırlı iş adamları təqdim edəcəklər.

Xəbər lenti

Xəbər lenti