...

"Xəzər" FK Azərbaycan çempionatında iştirakdan imtina etmək fikrindədir

Cəmiyyət Materials 5 Noyabr 2007 02:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z. Səfərov/ Futbol üzrə ölkə çempionu "Xəzər" milli birincilikdə gələcək iştirakdan imtina etmək fikrindədir.

Trend ə məlum olub ki, lənkəranlıların iştirakı ilə keçirilən oyunlarda hakimlərin komandaya olan münasibətləri klubun səbr kasasının daşdırıb. Belə ki, onuncu turun "Bakı"ya qarşı qonaq görüşündə (2:2) hakim Juninyonun cərimə zərbəsindən vurduğu qolu qeydə almayıb. "Xəzər"in nümayəndələri həmçinin "Standart"la keçirilən oyunun hakimindən narazılıq bildiriblər.

Lakin, bu məsələdə son sözü klubun fəxri prezidenti Mübariz Mənsimov deyəcək. Komanda rəhbərliyi isə elə indidən həm yüksək liqada iştirakı, həm də dublyorların oyunlarını dayandırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti