...

Naxçıvan Dövlət Universitetinin tələbələri Amerikanın ermənipərəst mövqeyinə narazılıqlarını bildiriblər

Cəmiyyət Materials 7 Noyabr 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend müxbir E.Məmmədov/ Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsi ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin Muxtar Respublikaya səfəri zamanı rəsmi Vaşinqtonun ermənipərəst mövqeyinə narazılıqlarını bildiriblər. Trend in bölgə müxbirinin məlumatına görə, tələbələr ermənilərin Naxçıvana torpaq iddialarının əsassız olduğunu səfirə çatdırıblar.

Noyabrın 1-də ABŞ-ın Harvard Universitetində "Naxçıvan bölgəsindəki erməni abidələri mövzusunda" sərgi keçirilib. Sərginin keçirilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim jurnalistlərə açıqlamasında bu cür tədbirlərin keçirilməsinin danışıqlar prosesinə mənfi təsir göstərdiyini bildirib. Naxçıvan Milli Elmlər Akademiyası isə rəsmi açıqlamasında Muxtar Respublikada qeydə alınan tarixi və mədəni abidələr içərisində erməni abidəsinin olmadığını yayıb.

Amerikalı diplomat Muxtar Respublikaya səfəri çərçivəsində Möminə Xatun Türbəsini ziyarət edib. Naxçıvan Xalça Muzeyində olub və Naxçıvan Dövlət Universitetində hüquq klinikasının açılışında iştirak edib. Muxtar Respublikanın baş naziri Əlövsət Baxşıyevlə görüşüb. Bu gün axşam səfərin sonunda səfir mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti