...

Müğənni Lalə Məmmədova kimsəsiz uşaqlara qayğı göstərir

Cəmiyyət Materials 7 Noyabr 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /müx. TrendLife Vüqar İmanov/ Noyabrın 24-də saat 14:00-da Bakı Slavyan Universitetində tanınmış müğənni Lalə Məmmədova xeyriyyə konserti verəcək. Konsertdən yığılan maliyyə vəsaiti Qızıl Daş qəsəbəsində yerləşən kimsəsiz uşaqlar evinin hesabına köçürüləcək. Tədbir Azərbaycanda İngilisdilli Müəllimlər Assosiasiyası, Bakı Slavyan Universiteti tərəfindən təşkil olunur. Müğənninin TrendLife-a verdiyi məlumata görə, solo-konsert zamanı o, tələbələrin və qonaqların müxtəlif suallarını da cavablandıracaq. Xatırlatmaq istəyirik ki, konsertə informasiya dəstəyi TrendLife tərəfindən göstəriləcək.

Xəbər lenti

Xəbər lenti