...

Şəkidə on il bundan əvvəl baş vermiş qətlin üstü açılıb

Cəmiyyət Materials 12 Noyabr 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Şəki şəhərində 10 il bundan əvvəl baş vermiş qətlin üstü açılıb. Noyabrın 11-də Şəki rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1997-ci il sentyabrın 19-da rayonun Qizilarx kənd sakinləri Zülfiyyə Ağamalı qızı Abbasova və onun azyaşlı qızı Ülviyyəni qətlə yetirən şəxs həbs edilib.

Şəki Rayon Polis Şöbəsinin rəisi Fətulla hacıyev bazar ertəsi Trend ə bildirib ki, Zülfiyyə Abbasova və qızı həyat yoldaşı Ayaz Mürsələov tərəfindən öldürülüb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyini deyən rəis bildirib ki, mürsəlov ilkin ifadəsində həyat yoldaşını onu təhqir etdiyi, qızını isə hadisənin üstünün açılmaması üçün qətlə yetirib və meyitləri kəndin ərazisində basdırıb.

Fətullayev qətlin indiyədək açılmamasının səbəbini mərhumların Lerik rayonunda anadan olması və yenidən həmin rayona köçmələri ilə izah olunması ilə əlaqələndirib.

Həbs edilən mürsəlov barəsində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.     

Şəki respublikanın şimal-qərbində, paytaxtdan 352 km məsafədə yerləşir, əhalisi 159min 900 nəfərdir.

Xəbər lenti

Xəbər lenti