...

Amsterdam alimləri Azərbaycan diasporu ilə birgə Qafqazla bağlı beynəlxalq konfrans keçirəcəklər

Cəmiyyət Materials 12 Noyabr 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Amsterdam Universitetinin alimləri Azərbaycan diaspor təşkilatları ilə birlikdə Qafqaza aid I Beynəlxalq Konfrans keçirəcəklər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bazar ertəsi verilən məlumata görə, konfrans barədə razılaşma ötən həftənin sonu Niderland Krallığının Amsterdam şəhərində "Avropa Qeyri Hökumət Təşkilatlarının Hüquqi Şərtləri və Perspektivləri" mövzusunda keçirilən I Qurultayında əldə olunub.

Qurultayda Avropanın 12 dövlətinin təmsilçisi ilə bərabər Azərbaycan icmasının nümayəndələri - Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Gülşən Kazımova və "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin nümayəndəsi Leyla Babayeva iştirak ediblər.

Alimlər Azərbaycan elmi ilə yaxından tanış olmaq, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin QHT-lərlə əməkdaşlıq müxanizmini və iş prinsipini öyrənmək üçün qərara alıblar ki, Amsterdamda beynəlxalq toplantı keçirilsin.

Xəbər lenti

Xəbər lenti