...

Deputatlar Qənimət Zahidovun buraxılması üçün zamin duracaqlar

Cəmiyyət Materials 12 Noyabr 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Ötən gün həbs olunmuş "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun azadlığa zaminə buraxılması üçün millət vəkilləri Baş Prokurorluğa müraciət edəcəklər. Bu barədə Zahidovun hüquqlarının müdafiəsi məqsədilə redaktorlar, hüquq müdafiəçiləri və partiya sədrlərinin iştirakı ilə bazar ertəsi keçirilən toplantıda qərara gəlinib. Millət vəkili Pənah Hüseyn bildirib ki, parlament üzvlərinin imzası ilə müraciət hazırlanacaq, Zahidovun zaminə buraxılması xahiş olunacaq, həmçinin jurnalisti müdafiə etmək üçün Azərbaycanın tanınmış ziyalılarına müraciət ediləcək. Görüşdə həmçinin Zahidovun hüquqlarını müdafiə işini həyata keçirmək üçün maddi vəsait toplanması təklif olunub və bu dərhal həyata keçirilib, iştirakçılar arasında pul toplanıb. Həmçinin ölkənin tanınmış adamlarının iştirakı ilə beynəlxalq təşkilatlara müraciət ünvanlanması qərara alınıb. Bu işlərin, həmçinin etiraz aksiyasının həyata keçirilməsi üçün işçi qrup yaradılıb.

Xəbər lenti

Xəbər lenti