...

Elton Hüseynəliyev: "Heç vaxt istəmərəm qızım müğənni olsun"

Cəmiyyət Materials 12 Noyabr 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Həftənin dörd günü efirdə olan "8-104" verlişi bu gun də öz ampluasında başladı. Verilişin aparıcısı Nəsib Nur tamaşaçıları salamlayıb, hər zaman olduğu kimi, efirə göndərilən SMS-ləri səsləndirdi. Bu günkü qonaqsa, Elton Hüseynəliyev oldu. Müğənni tamaşaçıları salamlayıb, Konstitusiya bayramı günündə hər kəsə mahnı payı hədiyyə etdi. Efirə gələn zənglərin birində Eltona "gələcəkdə qızınızın müğənni olmasını istərdinizmi?" sualı ilə müraciət etdilər. O, isə öz növbəsində "əsla yox!" deyərək sualı cavablandırdı. Daha sonra yaradıcılığından danışan Elton bunları söylədi:"Hazırda bir neçə yeni mahnı üzərində çalışıram. Bundan əlavə, ingilis dilində mahnı ifa etmək istədiyimdən, ingilis dilini dərindən öyrənirəm. Məhərrəmlik ayından sonra solo konsert verməyi düşünürəm. "Əllərin soyuqdur, ürəyin necə?" mahnsına klip çəkdirirəm. Klipin rejissoru Ülviyyə Könüldür. Əslində, layihələr çoxdur. Əvvəldən danışmaq mənə düşmür deyə, bir çox şeyləri sirr saxlayıram."

Verilişin sonunda isə Nəsib Nur sabahkı qonağı elan etdi-- "Kristall" qrupu.

Xəbər lenti

Xəbər lenti