...

Müğənni Xuraman Şuşalı: "Mən ailə quracam"

Cəmiyyət Materials 13 Noyabr 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/müx. TrendLife Şahin Cavadsoy/ Günlərdən bəri maşınsız gəzən müğənni Xuraman Şuşalının yeni xarici avtomobilinin təkərləri, deyəsən sənətçiyə düşərli olub. Çünki Xuramanın yeni maşına minib, ailə qurmaq istəyi çox real görünür. TrendLife-a verdiyi açıqlamasında bununla bağlı o, bunları bildirdi: "Bəli, mən ailə quracam. Olmaz? Bu sözlərimi səmimi hisslərim kimi qəbul edin. İnanın, bir çox müğənnilərimiz ağ gəlinliklə səhnəyə çıxırlar. Amma mən bu libası ilk dəfə "Ola bilməz" adlı mahnıma klip çəkdirərkən geyinmişdim. Həmin ekran işindən sonra bu paltar mənim qardirobumu bəzəyən ən sevimli libaslarımın cərgəsinə qalxdı. Həmişə öncədən deyirəm ki, bəs filan tarixdə toyu çaldırıb, ailə həyatı quracam. Ancaq neyləyim ki, əvvəldən danışmaq mənə düşmür. Ona görə də 2008-ci ilə böyük ümidlər bağlayıram. Bəlkə, ağ atlı şahzadə yeni ildə özü gəlib məni tapdı?"

Xəbər lenti

Xəbər lenti