...

"Azərbaycan müəllimləri Avropa ölkələrinə uyğun əməkhaqqı alacaqlar" - nazir

Cəmiyyət Materials 13 Noyabr 2007 14:10 (UTC +04:00)
"Azərbaycan müəllimləri Avropa ölkələrinə uyğun əməkhaqqı alacaqlar" - nazir

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yaxın zamanlarda Azərbaycanda müəllimlərin maaşı hissolunacaq dərəcədə artırılacaq və Avropanın standartlarına uyğunlaşdırılacaq. Bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə axşamı Azərbaycan Dövlət Neft Akademiyasında çıxışı zamanı açıqlama verib.

"Azərbaycan müəllimləri Avropa ölkələrinə uyğun əməkhaqqı alacaqlar", deyə nazir bildirib.

Nazir maaşların nə qədər artacağını bildirməyib.

O əlavə edib ki, tələbələrin də təqaüdlərində artım olacaq. Mərdanov hesab edir ki, ali təhsil müəssisələrinin rəhbərləri - rektorlar, prorektorlar xüsusi maaş almalıdırlar.

Hazırda Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı 125 manat (140 dollara qədər) təşkil edir.

Qərbi Avropa ölkəsi olan Almaniyada müəllimlərin orta illik əmək haqqı 43 min (1 aya təx. 3,58), Fransada - 45 min, İsveçrədə isə ildə 70 min dollar təşkil edir.

Şərqi Avropada isə vəziyyət fərqlidir. Qonşu Rusiyada da müəllimlər ən kasıb təbəqələrdən sayılır. Dövlət müəllimlərin normal yaşayışının təmin olunması üçün lazım olan 400 dolları vermək iqtidarında deyil.

Azərbaycanda 160 min müəllim çalışır. Buna baxmayaraq, Azərbaycanın ucqar bölgələrində, xüsusilə dağ və kənd məktəblərində müəllim çatışmazlığı var. Ali təhsilini başa vuran məzunlar dağ və kənd məktəblərindəki şəraiti nəzərə alaraq orada işləməkdən imtina edirlər. Bunun qarşısını almaq üçün kənd və dağ məktəblərində işləyəcək müəllimlər üçün əlavə imtiyazlar təklif olunur.

Xəbər lenti

Xəbər lenti