...

Azərbaycanın mətbuat xidmətləri-KİV munasibətlərinə dair strateqiji sənədləri hazırlanacaq

Cəmiyyət Materials 14 Noyabr 2007 11:03 (UTC +04:00)
Azərbaycanın mətbuat xidmətləri-KİV munasibətlərinə dair strateqiji sənədləri hazırlanacaq

Azərbaycan, Bakı/ Trend , müxbir . S.İlhamqızı/ Azərbaycanın dövlət strukturlarının mətbuat xidmətləri üçün vahid Əsasnamə hazırlanacaq. "Trendin" məlumatı görə, bu barədə Prezident aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü keçirilən hökümət və KİV arasında münasibətlərə dair konfransda bildirib. Həsənov deyib ki, Əsasnamə Prezident Aparatı tərəfindən hazırlanır və yaxın vaxtlarda təsdiqlnməsi üçün prezidentə təqdim olunacaq. Əsasnamə mətbuat xidmətlərinin işini təkmilləşdirilməsi, KİV-lərlə əlaqələrinin yaxşılaşdırılması məqsədilə hazırlanır.

Azərbaycanda mətbuat xidmətləri ilə KİV-lərin münasibətlənin təkmilləşdirilməsi məqsədilə ATƏT-in Bakı ofisi tərəfindən "Vahid informasiya-kommunikasiya strateqiyası" adlı sənəd hazırlanır. Sənədəin hazırlanması üçün 7 nəfərdən ibarət İşçi qrupp yaradılacaq. İşçi qrupu BBC-in tövsiyyələrinin nəzərə alınmaqla sənədənin prinsiplərini hazırlayacaq. Bu strateqiya KİV-lərin informasiya əldə etmək sahəsində rəhbər qaydalar rolunu oynayacaq. Bu layihə barədə ATƏT-in Bakı ofisinin nümayəndəsi Julian Markart Narten məlumat verib.

Xəbər lenti

Xəbər lenti