...

Azərbaycanda dini cərəyanlar arasında qarşıdurma yaratmaq istəyən qüvvələr mövcuddur – komitə sədri

Cəmiyyət Materials 16 Noyabr 2007 11:32 (UTC +04:00)
Azərbaycanda dini cərəyanlar arasında qarşıdurma yaratmaq istəyən qüvvələr mövcuddur – komitə sədri

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanda dini cərəyanlar arasında qarşıdurma yaratmaq istəyən radikal ekstremist qüvvələr mövcuddur. "Ölkədə fəaliyyət göstərən dinlər arasında gərginlik yaratmaq, dini ənənələrini pozmaq qeyri-mümkündür", cümə günü Beynəlxalq Tolerantlıq Günü ilə bağlı "Tolerantlıq örnəyi-Azərbaycan" mövzusundə keçirilən beynəlxalq konfransda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Orucov bildirib ki, Azərbaycanda radikal dini ekstremistl qüvvələrin fəaliyyətinin qarşısının alınması üçün maarifləndirmə işini dövlətlə yanaşı dini icmalar da aparmalıdır. Bu istiqamətdə dini konfensiyalar birgə mübarizə aparmalıdır.

Komitə sədri həmçinin vurğulayıb ki, Azərbaycanda bütün dinlərə bərabər hüquqlu şərait yaradılıb. Müxtəlif dini cərəyanların yayıldığı Azərbaycanda ayrıseçkilik faktı qeydə alınmayıb və tolerantlıq mövcüddur.

Xəbər lenti

Xəbər lenti