...

Mənim silahım sənətimdir- iddiasız Abbas Bağırov

Cəmiyyət Materials 23 Noyabr 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

Artıq neçənci dəfədir ki, TrendLife sənət dünyasında nömrəbirlik virusu barəsində xəbərləri şərhsiz-filansız sizlərə təqdim edirik. Bu dəfə isə, axına qarşı gedən bir müğənni-Abbas Bağrovun məsələyə münasibətindən danışmaq niyyətindəyik: "Yadımdadır, TrendLife-a verdiyim açıqlamaların birində də qeyd etmişdim ki, Abbas Bağırov kimlərinsə maraqlarından asılı olmayaraq, çoxdan özünü təsdiqləyən müğənnilər cərgəsində dayanıb. Bu gün bu sözlər bir az təvazökarlıqdan uzaq səslənir. Lakin görürəm ki, bəzi nankorlar məni də hansısa çirkablara bulaşdırmaq istəyirlər. "Dostlarım" unutmasınlar ki, Abbas həm yaxşı dostdur, həm də güclü düşmən. Odur ki, mənimlə heç kim qeyri-sağlam rəqabətə qoşula bilməz. Mənim yeganə silahım var. O da sənətimdir, vəssalam".

Xəbər lenti

Xəbər lenti