...

Xatirə İslam YAP-ın sıralarına qoşuldu

Cəmiyyət Materials 23 Noyabr 2007 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /müx. TrendLife Günel Əhmədova

Müğənni Xatirə İslam YAP saıralarına daxil olub. Partiya üzvləri və rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən müğənni TrendLife-a bundan çox məmnun qaldığını deyir. Müğənni bu addımının YAP-ın15 illik yubileyinə təsadüf elədiyini həyatında əlamətdar hadisə kimi qiymətləndirib: "Mən sənətə gəldiyim gündən səsimlə, sənətimlə dövlətçiliyimizə xidmət etmişəm. Dövlət tədbirlərində, hərbi hissələrdə böyük məmnuniyyətlə çıxış edirəm. Həm dövlət, həm də diaspor xətti ilə dünyanın bir çox ölkələrində soydaşlarımız qarşısında çıxış etmişəm. Elə ötən il Hollandiyada Türkiyənin İqdır vilayətinin erməni işğalından azad olunmasının 86-cı ildönümünə həsr olunan möhtəşəm tədbirdəki çıxışım da bu qəbildəndir. Üçrəngli bayrağımızın dalğalandığı səhnədə ifa etməyi özümə həmişə şərəf sayıram. Mən özümü bir vətəndaş kimi həmişə YAP-ın üzvü hesab etmişəm, sadəcə, indi bunu rəsmiləşdirdim".

Xəbər lenti

Xəbər lenti