...

Qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Dünya Kubokuna qələbə ilə başlayıblar

Cəmiyyət Materials 26 Noyabr 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , Z.Səfərov / Azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Xantı - Mantiyskdə start götürən Dünya Kubokunun birinci oyunlarında qələbə çalıblar. Şahmatçılarımız arasından stol arxasından ən tez ağ fiqurlarla rusiyalı Vladimir Qenbeyi mat qoymuş Rəcəbov qalxıb. Qara fiqurlarla misirli Xaled Abdel Razikin müqavimətini qıran Məmmədyarov onun nümunəsinə uyğun hərəkət edib. Beləliklə, qaliblərə növbəti mərhələyə dövrəyə keçmək üçün cavab oyununda heç - heçə oynamaq da kifayət edir. Azərbaycan şahmatçısının heç - heçəyə nail olduğu lövhə sahibi Yevgeni Tomaşevski ilə görüş Rauf Məmmədov üçün nisbətən çətin olub. Belə ki, bu partiya birinci oyun günündə axırıncı başa çatıb və tərəflər ümumilikdə 134 gediş ediblər.

Xəbər lenti

Xəbər lenti