...

Röyanın Sərdar Ortacla müqaviləsi qüvvədən düşməyib

Cəmiyyət Materials 30 Noyabr 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /müx. TrendLife Günel Əhmədova/

Bir neçə gün bundan əvvəl Röyanın Sərdar Ortacla olan müqaviləsinin qüvvədən düşdüyü barədə KİV-də məlumat yayılıb. Xəbəri dəqiqləşdirmək üçün TredLife-ın müxbiri müğənninin mətbuat əlaqələndiricisi Ülviyyə Alovlu ilə əlaqə yaratdı. Xəbəri təkzib edən mətbuat katibi dedi ki, Röyanın ümumiyyətlə prodüseri yoxdur, onun iki köməkçisi və bir mətbuat katibi çalışır. Qeyd edək ki, müğənninin prodüserinə istinad olunan yazıda bunlar qeyd olunur: "Röya türk müğənnisi Sərdar Ortacla işbirliyini dondurmaq qərarına gəlib. Belə ki, Röyanın Sərdar Ortacla imzaladığı müqavilə öz qüvvəsini itirib. Bu əməkdaşlığa son qoymaq fikri isə Röyadan gəlib. Bu müqavilənin şərtləri ilə əvvəlcə razılaşan sənətçi, bir neçə aydan sonra verdiyi qərara görə peşman olub. Prodüseri onu da deyib ki, bundan sonra Röya pərəstişkarları ilə daha tez-tez görüşəcək"

Məsələyə aydınlıq gətirən Alovlu əlavə etdi ki, sənətçilər arasında imzalanmış müqavilə qüvvədədir və yaxın aylarda ilkin mərhələ öz həllini tapacaq. Xəbəri eksklüziv olaraq TrendLife-a danışan Ülviyyə xanım bunları söylədi:

"Yanvarın ilk günləri Röya Türkiyəyə səfər edəcək. Yaradıcılıq xarakteri daşıyan səfərdə Röya ilə Sərdar Ortacın birgə dueti yazılacaq. Diqqətinizə çatdırım ki, Röyanın Elşad Xose ilə olan "Gəl danış" dueti üzərində Sərdar Ortac dəyişilklik edib. Yəni dueti yenidən aranjeman edilib və sözləri dəyişdirilib. "Gəl danış"ı türkləşdirən Ortac öz parityasının hazırlıqlarına başlayıb. Gələn il yazılacaq ilk duetdən sonra nəzərdə tutulan digər mahnıların hazırlıqları başlayacaq".

Mətbuat əlaqələndirici ilə söhbətimizdə bəlli oldu ki, məlum işbirliyi Röyanın digər sənətçilərlə əməkdaşlığına da rəvac verib. Öyrəndik ki, səfər çərçivəsində müğənninin bir neçə türk sənətçiləri ilə görüşü və müxtəlif razılaşmaların əldə olunması nəzərdə tutulub.

Məlum olduğu kimi, Röyanın Nahid Emiloğlu ilə nəzərdə tutulan qış konsertinin üstündən xətt çəkilib. Konsert layihəsini tamamilə silmək istəməyən Röya bu ideyanı öz təşəbbüsü ilə həyata keçirməyi düşünür.

Lakin konsert qış aylarında deyil, bir az sonra baş tutucaq. Bu barədə danışan mətbuat katibi konsertin yay aylarına keçirildiyini söylədi. Gələn ilin fevralında albomunu təqdim etməyi düşünən müğənnini qarşıda maraqlı və misli görünməyən layihə gözlədiyini öyrəndik. Bu barədə TrendLife məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti