...

Xalq artisti Rasim Balayevfilmlərin qonorarından danışdı

Cəmiyyət Materials 30 Noyabr 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /müx. TrendLife Laləndə İsmayılova/

Xalq artisti Rasim Balayev Azərbaycanda aktyor qonorarının cüzi olduğunu təəssüf hissilə bildirir: "Mən uzağa gedib, Amerika, Almaniyadan danışmıram, Rusiyanı misal çəkirəm. Rus aktyoru bir filmdən 50-60 min qazanc götürür. Bizdə isə dəhşətdir. Əslində, sovet dönəmində də vəziyyət ürəkaçan deyildi. Bir çəkiliş günü üçün aktyor 75 manat alırdı. Mən "Babək" filmi üçün 4500 manat qonorar almışdım".

Aktyor bu gün çəkildiyi filmlərdən aldığı qonorarı barədə danışmaq istəmədi. Öyrəndik ki, aktyor Hüseyn Cavidin həyatından bəhs edən "Cavid ömrü" adlı tarixi bir filmə görə cəmi 3 min 500 manat pul alıb. Onun da 600 manatı mühasibat xərclərinə çıxılıb. "Qala" bədii filmində çəkiliyi digər baş rola görə isə, 3 min manat qonorar alıb.

Xəbər lenti

Xəbər lenti