...

Erməni girovluğundan qayıdan Azərbaycan vətəndaşı ağır işgəncələrə məruz qaldığını deyib

Cəmiyyət Materials 1 Dekabr 2007 13:23 (UTC +04:00)
Erməni girovluğundan qayıdan Azərbaycan vətəndaşı ağır işgəncələrə məruz qaldığını deyib

Azərbaycan,Qazax/ Trend , müxbir N.Fətullayeva/ Ötən gün erməni girovluğundan qaytarılan Azərbaycan vətəndaşı düşmən tərəfindən müxtəlif ağır işgəncələrə məruz qaldığını deyib.

Girovluqdan qayıtmış Məsim Binnətov Trend in müxbiri ilə söhbətində necə girov düşdüyünü danışıb.

Ermənistanda girovluqda saxlanılan azərbaycanlı girov - Məsim Binnətov cümə günü Azərbaycan tərəfinə qaytarılıb. Azərbaycanlı girovun qaytarılması BQXK-nın vasitəçiliyi ilə beynəlxalq sərhəddə, Ermənistanın İcevan şəhəri ilə Azərbaycanın Qazax rayonu arasındakı yolda baş tutub.

Necə əsir düşdüyü, bir çoxları kimi, Binnətovun özü üçün də bu günədək müəmmalı olaraq qalır. Binnətov bildirib ki, erməni hərbçilərinin əlinə düşən gecə içkili olub. Kənd mağazasından aldığı bir şüşə arağı içəndən sonra özündə olmayıb və gözünü açanda, Ermənistan Siahlı Qüvvələri hərbçilərinin girovluğunda olduğundan xəbər tutub.

"Hərbi formalı bir nəfər sinəmə təpiklə vurdu. Yıxılan kimi qolumu bağlayıb,yarım saat bağlı saxladıdar. Bir az sonra maşın gəldi və gözümü bağladılar. Məni o vəziyyətdə maşına tulladılar", -deyə Binnətov bildirib.

Məsimin aliə üzvləri, özünün sərhədəcən piyada kefli halda gedərək, əsir düşməsi versiyası ilə razılaşmır və onun evin həyətindən aparıldığını güman edirlər. Onların sözlərinə görə, kənddən erməni hərbi postlarınacan azı 15 kilometr məsafə var. "Bir gecədə bu qədər yolu piyada getmək mümkün deyil. Belə olsaydı belə, Binnət əvvəl Azərbaycan hərbi postlarını keçməli, sonra minalanmış ərazi ilə bir neçə kilometr gedərək, Ermənistan tərəfə adlamalı idi", -deyə Binnətovun anası Əsmə xanım bildirib.

Hazırda Azərbaycan vətəndaşları mülki şəxs Anar Əliyev girovluqda, Samir Məmmədov isə, əsirlikdə saxlanılırlar.

Xəbər lenti

Xəbər lenti