...

Televiziya tənqidçisi Elşad Quliyev səviyyəli dublyajın tərəfdarıdır

Cəmiyyət Materials 1 Dekabr 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /müx. TrendLife Laləndə İsmayılova/

Respublikanın "Dövlət dili haqqında" Qanunun 6-cı maddəsində göstərilir ki, televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır. Lakin təəssüf ki, bu qanuna yalnız sənəddə əməl olunur. Əslində, film, veriliş və reklamları dublyaj edən redaksiyalar Azərbaycan dilinin normalarını pozur, nəticədə tamaşaçı əcaib və biabırçı tərcümə ilə müşayiət olunan proqrama və yaxud filmə baxmaq məcburiyyətində qalır.

Balansı qorumaq və uğurlu dublyaja nail olmaq üçün vasitəyə gəlincə, peşəkar televiziya işçisi Elşad Quliyev çıxış yolları təklif edir. Bildirir ki, problem o vaxt aradan qaldırılacaq ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da mərkəzləşdirilmiş dublyaj studiyaları yaradılacaq: "Telekanallar filmlərini mərkəzləşdirilmiş studiyalara təqdim etməli və filmlər orada dublyaj olunub geri qaytarılmalıdır".

Xəbər lenti

Xəbər lenti