...

Azərbaycanlı fiqruçular Qran – Prinin Yaponiya mərhələsində beşincidirlər

Cəmiyyət Materials 1 Dekabr 2007 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Fiqurlu konkisürmə üzrə Azərbaycanın rəqs cütlüyü Kristin Freyzer və İqor Lukanin Yaponiyada keçirilən NHK Trophy Qran - Pri seriyasından olan turnirdə əvvəlki kimi 5 - ci yeri tuturlar. Trend - in verdiyi xəbərə görə, yarış proqramının ikinci günündə üçqat Qış oyunları iştirakçıları məcburi rəqs üzrə 28.40 bal alıblar. Məcburi proqramda onların, favoritlərlə müqayisədə, az qiymət aldıqlarını nəzərə alsaq, Freyzer və Lukanin əvvəlki kimi, liderlərin təqibçiləri rolunda çıxış edirlər. Bununla belə, onların ehtiyatda sərbəst proqramları var və turnirin nəticə protokolunda yuxarı qalxa bilərlər. Qran - Pri mərhələsində almaniyalı İzabel Delyubel və Olivye Şenfelderi qabaqlayan kanadalı Tesa Virtye - Skot Mor cütlüyü liderlik edir.

Xəbər lenti

Xəbər lenti