Azərbaycan, Bakı, 3 dekabr /müx. TrendLife Günel Əhmədova
Cari ildə təqdimatı keçirilən "Məhkumlar" filminin bölgələrdə də nümayişi nəzərdə tutulub. Filmin rejissoru Mehriban Ələkbərzadənin TrendLife-a bildirdiyinə görə, ekran işi Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə dekabrın 5-də Gəncədə nümayiş etdiriləcək. Rejissor təqdimat mərasimində filmin yaradıcı heyətinin iştirak edəcəyini bildirdi.
Xatırladaq ki, "Məhkumlar"ın ssenari müəllifi Çingiz Abdullayevdir.