...

Rüşvət almaqda ittiham olunan jurnalistin cinayət işi üzrə istintaq yekunlaşıb

Cəmiyyət Materials 3 Dekabr 2007 15:40 (UTC +04:00)

Azərbaycan,Bakı Trend müxbir K.Zərbalıyeva/ Rüşvət almaqda ittiham olunan jurnalistin cinayət işi üzrə istintaq yekunlaşıb.

"Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov iyulun 24-də Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Aparatının rəhbəri Rizvan Əliyevdən 3500 dollar rüşvət alarkən xüsusi əməliyyat nəticəsində həbs olunub. Fakla bağlı Cinayət Məcəlləsinin 311.1 maddəsi ilə cinayət işi qaldırılıb. Jurnalistin işi üzrə istintaqı Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır.

"Bizim yol" qəzetinin əməkdaşı Hüseynovun vəkili Vüqar Xasayev bazar ertəsi Trend ə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxslə birgə istintaq materialları ilə tanışlığa başlayıblar.

Vəkilin sözlərinə görə, cinayət işi gələn həftə baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək.

Müşfiq Hüseynov hazırda 1 saylı Bayıl istintaq təcridxanasında saxlanılır. Barəsində Yasamal rayon məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib və Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti